Oleq Kuznetsov: “Erməni terroru XIX əsrin sonlarından meydana çıxıb” SƏS TV
Bu gün Rusiyanın məşhur politoloqu Oleq Kuznetsov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, jurnalistlərin də iştirak etdiyi konfransda politoloq regional məsələlərə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və s. toxunub.
Oleq Kuznetsovun sözlərinə görə, SSRİ-nin süqutunun əsas səbəblərindən biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə nəticələnən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub: "Erməni terroru XIX əsrin sonlarından meydana çıxıb. Ermənilər əvvəlcə sosial-dini qruplaşma kimi fəaliyyət göstərirdi. Lakin əsrin sonlarına yaxın ermənilər arasında sosial-siyasi qruplaşmalar meydana gəlməyə başladı ki, onlar da öz ideallarının reallaşması üçün terroru vasitə olaraq istifadə etməyə başladılar".
Politoloq deyib ki, Ermənilər heç vaxt, heç yerdə etnik çoxluq olmayıblar: "Buna görə də hər hansı ərazi vahidindən, onun resurslarını səfərbər edərək, milli dövlətlərini yaratmaq üçün istifadə edə bilməzdilər. Çünki Qafqaz xəritəsində elə nöqtə yoxdur ki, ermənilər say etibarilə digər etnik, dini qrupları üstələsinlər. Onların müharibəyə pulu olmayıb. Terrorizm isə iqtisadi nöqteyi-nəzərdən hakimiyyət uğrunda mübarizənin ən ucuz vasitəsidir. İstənilən halda, bu, marginalların apardığı mübarizədir".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB