Hərbi ekspert: “Gürcüstanın müdafiə nazirinin qərarını normal hesab edirəm” AÇIQLAMA

Hərbi ekspert: “Gürcüstanın müdafiə nazirinin qərarını normal hesab edirəm” AÇIQLAMA

"Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin ölkə vətəndaşlarının məcburi həqiqi hərbi xidmətə çağırışından imtina ilə bağlı qərarını normal hesab edirəm. NATO-nun üzvlüyünə hazırlaşan dövlətin bu qərarı anlaşılandır. Problemlər isə hər zaman olub. İş olan yerdə çətinliklər və problemlər olur. Bu çətinliklərdən qorxmaq lazım deyil. Gürcüstanın məcburi həqiqi hərbi xidmətdən imtinası bu ölkənin daxili işidir". Bunu SİA-ya açıqlmasında hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, sözügedən qərarı Gürüstanın müdafiə naziri versə də, hələ ki, ölkə prezidenti məsələyə razılıq verməyib: "Gürcüstan prezidenti qərarın razılaşdırılmamış olduğundan bir qədər narahatçılığını bildirib. Əslində isə, Tinatin Xidaşeli onun öz kadırıdır. Müdafiə nazirinin imzaladığı sərəmcamda nəzərdə tutulur ki, 2017-ci ildən həqiqi hərbi xidmət müqavilə əsasına keçirilsin. Hələ 2016-cı ilin 6-cı ayıdır. Düzdür, orada yazılıb ki, sənəd imzalandığı gündən qüvvəyə minir, ancaq bunu Parlament rəsmiləşdirməli və hazırlıq işləri görülməlidir".

Hərbi ekspert bildirib ki, bu qərar peşəkar orduya keçmək üçün ən vacib şərtlərdən biridir: "Hərbi qulluqçu peşəkardırsa, öz işinin ustasıdır. Peşəkar həm texnikanı, həm də silahı gözəl bilir. Bir çox ölkələrdə bu sistem artıq tətbiq olunur. Peşəkarlar həm də yaxşı məvacib alırlar. Xatırladım ki, Azərbaycanda aprel ayında cəbhədə baş verən hadisələrdə ən böyük uğurumuz xüsusi təyinatlıların iştirakı ilə əldə olunmuşdu. Şəhidlərimizin çoxu da polkovnik, polkovnik-leytenant, mayor, kapitan, baş leytenant, gizir və s. olub. Heç kim ehtiyatda olan qüvvələri yaddan çıxartmır. Bizim 300 minə yaxın ehtiyatda olan hərbi qulluqçumuz var. Hər hansı problem yarananda ehtiyatda olanlar prosesə cəlb olunacaq".

Ü.Cəfərov hesab edir ki, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış sayını 4-dən 2-yə endirmək lazımdır: "2 dəfəlik çağırış keçmiş SSR dövründə tətbiq olunurdu - yay və qış çağırışı. Belə olsa, komandirlər də 6 ay ərzində hərbi qulluqçuların peşəkarlaşması üçün hazırlıqları rahat şəkildə yerinə yetirə bilərlər. Çağırış sistemini təkmilləşdirmək lazımdır. Azərbaycana necə uyğun gələcəksə, ona uyğun addım atmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə