Dünya mətbuatı İstanbul terroru barədə

Dünya mətbuatı İstanbul terroru barədə

Türk dünyası İstanbulun Atatürk Hava Limanındaki partlayışlarla sarsılırken dünya mediası hücumu "son dəqiqə" rubrikasında çox səthi olaraq qeyd edib.

Reuters xəbər agentliyi "İstanbulun baş hava limanında partlayış baş verdi" deyə qısa açıqlama verdi. İngilis xəbər agentliyi polisin hava limanının girişində şübhəlilərə atəş açdığını yazdı.

Associated Pressə xəbərində, "çox sayda yaralı olduğu" məlumatını verdi.

İngilis nəşri BBC "Türkiyədə qarışıqlıq: İstanbul Atatürk Havalımanında meydana gələn hücumda ən az 10 adam öldü" başlığı ilə xəbər yaydı. Xəbərdə iki intihar bombaçısının özlərini partlatdığı məlumatı yaydı.

CNN International isə Ədalət naziri Bəkir Bozdağın şərhlərini önə çıxararaq, 10 adamın həyatını itirdiyi məlumatını verdi.

CNN "biri xarici xəttlər terminalinin xaricindəki səkidə, digəri hava lımanının girişindəki təhlükəsizlik qapısında olmaqla iki bombanın partladığını" yazdı.

NBC müxbiri: İntihar bombaçısı tutulacağını görüb özünü partlatdı.

Herald Tribune qəzeti Avstraliyanın Sidney şəhərindəki ofisinin internet saytındakı xəbərdə partlayış yerindən fotolar verdi.

New York Times da Türk mediasına istinad edərək verdiyi xəbərində iki canlı bombanın Atatürk Hava Lımanında intihar hücumunu reallaşdırdığını bildirib.

Washington Post qəzeti İstanbul valisi Vasip Şahinin şərhlərinə yer verərək qanlı hücumda 28 adamın həyatını itirdiyini və 60 adamın da yaralandığını bildirdi. Qəzet, hava lımanının hava uçuşlarına bağlandığını da açıqladı.

Bütün xəbərlər Facebook səhifəmizdə