Politoloq: “Vaxtın uzanması Ermənistanın xeyrinədir” MÜNASİBƏT

Politoloq: “Vaxtın uzanması Ermənistanın xeyrinədir” MÜNASİBƏT

"Ümumiyyətlə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bütün bəyanatlar sıradan bir şeydir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyevin sözlərinə görə, Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT Baş Assambleyasının, eləcə də AŞPA-nın qətnamələri var: "Amma indəyədək bunların heç biri icra olunmayıb. Yəni necə olur ki, o birilərinin mürəkkəbi qurumamış icra olunur amma Dağlıq Qarabağ münaqişəsinin üzərindən 23 il ötüb sənəd icra olunmur. Heç şübhəsiz ki, bu münaqişənin çözülməsini istəməyən dövlətlər var və onlar bu işdə maraqlıdırlar. Nə qədər ki, ABŞ-la Rusiyanın Qafqaz siyasəti toqquşur bu tip bəyanatlar həmişə olacaq. Hər tərəf çalışacaq ki, Azərbaycanı öz yanında görsün və özünə yaxınlaşdırsın".

O əlavə edib ki, vaxtın uzanması Ermənistanın xeyrinədir: "Azərbaycana bunun heç bir xeyri yoxdur. Bu gün əsgərlərimizin hazırlıq səviyyəsi çox yüksəkdir, ordumuz silahla təmin olunub və əhalinin ruh səviyyəsi yüksəkdir. Millət dövlətin və Prezidentin arxasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə