Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ilə tələbələrin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov, publisist-politoloq Reyhan Mirzəzadə və yazıçı-publisist Zöhrə Əsgərova da iştirak edib.
Multikulturalizmlə bağlı bu tədbirə giriş sözü ilə başlayan Şahin İsmayılov öz çıxışında İsrail – Azərbaycan dövlətlərinin yaxın dostluq əlaqələrini qeyd etmiş, multikultural dəyərlərin qorunub saxlanmasının vacibliyini qeyd etmişdir. "İsrail bizim tarixi vətənimizdir, lakin Azərbaycan bizim doğma vətənimizdir" deyən Milix Yevdayev çıxışında Azərbaycanda müxtəlif dinlərin, xalqların nümayəndələri üçün eyni imkanların yaradılmasının tolerantlıq və multikulturalizmin bariz nümunəsi olduğunu söyləyib.
Daha sonra Milix Yevdayev gənclərin suallarını cavablandırıb, Reyhan Mirzəzadə və Zöhrə Əsgərova da mövzuya aid öz fikirlərini bildirib.
Qeyd edək ki, Milix Yevdayev xarici ölkələrdə daima Azərbaycanın milli maraqlarını, siyasətini dəstəkləmiş, Qarabağ torpağının ermənilər tərəfindən işğalını pisləmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB