25 iyun 2016-cı il Gənclərin yaddaşında iz buraxan bir tarix oldu. "Bakcell Arena"da "IB Club" Gənclərin İnkişaf Mərkəzi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə gənclər festivalı baş tutub. SİA-nın məlumatına görə, festivalın açılışını edən "Neftçi FK"-nun prezidenti Çingiz Abdullayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və "İB Club Gənclər İnkişaf Mərkəzi"-nin rəhbəri Şəmsi Bayramzadə gəncləri salamlayaraq onlara xoş istirahətlər arzulayıblar.
Festivalın aparıcılarının, ölkənin tanınmış şəxslərin çıxışlarının, populyar müğənnilərin ifası gənclərdə böyük ruh yüksəkliyi yaratdı.
Qeyd edək ki, festivala 12000 nəfərdən çox paytaxtdan və digər regionlardan gənclər qatılmışdılar. Festivala qatılmaq üçün gənclər online qeydiyyatdan keçərək biletlər əldə etmişdilər.


.jpg)






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB