BAXCP rəsmisi: “Əli Kərimli və başqaları qorxusundan qaçıb gizlənmişdi” AÇIQLAMA

BAXCP rəsmisi: “Əli Kərimli və başqaları qorxusundan qaçıb gizlənmişdi” AÇIQLAMA

"1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. 1997-ci ildə Milli Məclis bu günü bayram elan edib. Xalqımız bu günü bayram kimi qeyd edir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan tarixində şanlı bir tarix kimi qalacaq: "Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmaqla müstəqil Azərbaycanın Respublikasının yaşamasını təmin etdi. Faktiki Azərbaycanın parçalanması və bir neçə yerə bölünməsi və yenidən rus qoşunlarının Azərbaycana qayıtması senarisi hazırlanmışdı. Ən əsası da müstəqil Azərbaycanın işğalından söhbət gedirdi. Bütün bunların qarşısını Heydər Əliyev aldı! Bu, bir həqiqətdir! Digər tərəfdən Ulu Öndər Heydər Əliyev həmin dövrdə hakimiyyətdə təmsil olunun Əli Kərimlini, İsa Qəmbəri, Pənah Hüseynovu və başqalarını Sürət Hüseynovun əlindən aldı. Sürət Hüseynov açıq şəkildə demişdir ki, Əli Kərimlini və digərlərini məhv edəcəm. Əli Kərimli və başqaları qorxusundan qaçıb gizlənmişdilər. Bu gün həm də Əli Kərimli və digərlərinin həyatlarının qurtulduğu gündür. Bütün bunlara görə, bu adamlar Ulu Öndər Heydər Əliyevə borcludular".

Bütün xəbərlər Facebook səhifəmizdə