Hərbi sursat aşkar edilib FOTOLAR

Hərbi sursat aşkar edilib FOTOLAR

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 10-da 4 ədəd partlamamış hərbi sursat aşkar edib.Bu barədə məlumat SİA-ya ANAMA-dan bildirilib.

Tərtər rayonu

Şıxarx kəndi - Əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilərək götürülüb. Ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcək.

Füzuli rayonu

Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 790 kv. m ərazi yoxlanılıb.

Astara rayonu

Ərçivan kəndi - 1 ev və həyətyanı sahədə 1 ədəd partlamamış hərbi sursat (122 mm top mərmisi) aşkar edilib. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcək.

Ağdam, Ağcabədi rayonlarında hava şəraiti ilə əlaqədar əməliyyatlar aparılmayıb.

İyunun 10-da 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 3 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 1 790 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 10 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 517 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə