Prezident: "Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ölkə tapmaq çətindir"
"Bu gün Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfər gəlib, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı üçün önəmlidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniştərkibli görüşdən sonra mətbuat üçün birgə bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Prezident Türkiyə hökumətinin əlaqələrin inkişafı üçün Azərbaycanla çalışacağına əminliyini bildirib: "Bu gün Azərbaycan və Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir. Cari ildə 3 dəfə Türkiyəyə səfər etmişəm, qarşılıqlı səfərlər də nəzərə alınanda ümumilikdə 5 yüksək səviyyəli görüş keçirilib. Bütün bunlar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılıb. Bu qərarın qəbul olunmasında Türkiyənin böyük rolu olub. Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır"
Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu xatırladan dövlət başçısı söyləyib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul olunmasına baxmayaraq, hələ də məsələ həllini tapmır: "BMT-nin qətnamələrində göstərilir ki, erməni işğalçı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin qətnamələr kağız üzərində qalıb, çünki ikili standlartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir. Amma Azərbaycana gəlincə, 20 ildir ki, qətnamələr icra edilmir. Bu, böyük ədalətsizlikdir".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan aprel ayında hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma status-kvo dəyişməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB