"Azərbaycanda 2015-ci ilin 18 mart tarixində Azərbaycan Prezidenti tərəfindən imzalanan əfv fərmanı ilə 101 nəfər, 2015-ci ilin dekabrın 28-də imzalanan əfv fərmanı ilə 210 nəfər, cari ilin 17 mart tarixli əfv fərmanı ilə 148 nəfər azadlığa buraxılıb. Qısa müddət ərzində 459 nəfər azadlığa buraxılıb". SİA-nın xəbərinə görə, bu barədə İnsan Haqları üzrə İşçi Qrupunun həmsdəri Səməd Seyidov qrupun Milli Məclisdə keçirdiyi dinləmələrdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, bu məsələdə İnsan Haqları üzrə İşçi Qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının fəaliyyəti təqdirəlayiqdir.
S. Seyidov söyləyib ki, İnsan Haqları lə bağlı İşçi Qrupunun fəaliyyəti həddindən artıq vacib və əhəmiyyətlidir: "İşçi qrupunun fəaliyyətini ləkələməyə və ümumiyyətlə dayandırmağa çalışırdılar. İnsan haqlarını özəlləşdirərək müstəqil dövlətin öz sərəncam vermə ixtiyarını əlindən almağa cəhd edirdilər. lakin bu, mümkün olan məsələ deyil. İnsan haqları ümumbəşəri problemdir. Azərbaycan demokratik, inkişaf edən dövlətdir və biz insan haqlarına, qanunun aliliyinə demokratik prinsiplərə xüsusi münasibət göstəririk. Bir müddət öncə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən amnistiya qanunu ilə bağlı təşəbbüs irəli sürülməsi buna əyani sübutdur. Milli Məclis 28 may Respublika günü ərəfəsində amnistiya aktını təsdiq edərək 10 min adama şamil etdi. Amnistiya aktına əsasən, 3500 məhbus birbaşa azadlığa çıxacaq. Sözügedən amnistiya aktının icrasına bir neçə gündən sonra başlanacaq və qısa müddətdə yekunlaşacaq. Bunu Azərbaycanda insan haqlarına, demokratik islahatlara, Prezidentin apardığ siyasətə çox ciddi və yüksək səviyyəli dəstək kimi qiymətləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB