Hümbət Səlimov Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib
Milli Məclisin yaz sessiyasının son iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda Hümbət Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə baxılıb .
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sözügedən hakimin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə müraciət daxil olub.
Onun sözlərinə görə, Hümbət Qamuna oğlu Səlimov Məhkəmə sistemində özünü doğruldan hakimlərdən biridir və hazırda Balakən rayonun Apellyasiya Məhkəməsinin hakim vəzifəsinə təyinat alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB