Elmar Məmmədyarov Brüsselə gedib

Elmar Məmmədyarov Brüsselə gedib

Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib. XİN-nin mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, nazir NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 may 2016-cı il tarixində Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə