“Bizi ölümün astanasına sürükləyiblər” Etiraz

“Bizi ölümün astanasına sürükləyiblər” Etiraz

Yaxın günlərdə Ermənistanın baş naziri Ovik Abramyan bəyan etdi ki, hökumət israfçılığın qarşısını almaq üçün qənaət rejiminə keçəcək və inhisarçılıqla bağlı mübarizəyə başlayacaq. Nədənsə baş nazir daha sonra sözlərini geri götürərək, ölkədə heç bir inhisarçılığın olmadığını, istənilən şəxsin malını idxal edə bilməsi üçün imkanlar yaradıldığını bildirmişdi. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, məsələ ilə əlaqədar Ermənistanda keçirilən sorğuda əhali hökumətinə inanmadığını, onlara heç bir şəraitin yaradılmadığını söyləyiblər.

Vətəndaşlardan biri deyib: "Bizi ölümün astanasına sürükləyiblər. İnsanları yoxsulluğa gətirib çıxarıb öz qullarına çeviriblər. Lakin bu uzun müddət davam edə bilməz. Əks halda, narazılıq, etirazlar daha kəskin şəkil alaraq, inqilaba gətirib çıxaracaq. Lakin istəsələ bunu sakit şəkildə həll edə bilərlər".

Ermənistanın daha gənc sakini isə bildirib: "Ermənistan heç kim ən xırda biznesini belə aça bilmir. Bizdə hər şey məhduddur. Ölkənin büdcəsi bir neçə nəfərin əlində cəmləşib. Onlar da nə istəyirlər, onu da edirlər. Əgər şəxsi biznesimi açmaq istəsəm bu, mümkün olmayacaq. Çünki, bütün yollar bağlıdır. Eləcə də Ermənistanda vergilər həddindən artıq yüksəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə