Əliməmməd Nuriyev: “Amnistiya minlərlə insanın öz ailəsinə qovuşmasıdır” MÜNASİBƏT
"Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Amnistiya Aktının qəbul olunması barədə qanun layihəsinin Milli Məclisə təqdim olunması hümanist bir addımdır və alqışlanmalıdır". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Fond rəhbərinin sözlərinə görə, ilk dəfə deyil ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amnistika Aktı barədə addım atır: "Hələ 2013-cü ildə də Mehriban Əliyeva tərəfindən belə bir təşəbbüs irəli sürülmüşdü. O zaman da Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Amnistiya Aktı barədə Milli Məclis qərar qəbul etmişdi. Həmin dövrdə də 10 minə yaxın insan cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılmışdı. Bu gün Milli Məclisdə həmin təşəbbüsün müzakirə olunması yəqinki Amnistiya barədə qərarın qəbul edilməsi ilə nəticələnəcək. Bu qərardan sonra xeyli sayda insan azadlığa çıxacaq. Ümumiyyətlə 6 mindən artıq şəxs cəzadan azad olunacaq. Bu çox hümanist bir addımdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Mehriban Əliyevanın fəaliyyətində hümanizm ayrıca əsas ana xəttlərindən biridir".
Ə.Nuriyev əlavə edib ki, bu hümanizm həm məhkumlara münasibətdə, həm də kövrək qruplara - əlilliyi olan, sağlamlıq imkanları məhdud olan şəxslərə, qadınlara münasibətdə tətbiq olunur: "Amnistiya Aktı minlərlə insanın öz ailəsinə, azadlığa qovuşması deməkdir. Onlara şans veriləcək ki, həyata yenidən başlasınlar və öz həyatlarını qursunlar, ailələrinə kömək etsinlər. Bu həm də dövlət vəsaitlərinə qənaət edilməsinə də gətirib çıxarır. Təsəvvür edin ki, minlərlə məhkum cəza evlərindən azad olunursa, bu eyni zamanda dövlət büdcəsinə qənaətlə bağlı məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB