Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
İclasda deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülən İlqar Məmmədovun səlahiyyətli nümayəndəsi Natiq Cəfərli tərəfindən namizədliyin qeydə alınmaması ilə bağlı DSK-nın qərarının ləğv edilməsini tələb etdiyi şikayət ərizəsinə baxılıb.
MSK şikayətçinin ərizəsini qismən təmin edərək 90 saylı Ağdaş DSK-nın qərarını ləğv edib. Ancaq, İ.Məmmədovun namizədliyinin qeydə alınmasının mümkünsüz olduğu barədə qərar çıxarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB