Elman Məmmədov: “Beynəlxalq təşkilatlar əl-ayağa düşüblər” AÇIQLAMA

Elman Məmmədov: “Beynəlxalq təşkilatlar əl-ayağa düşüblər” AÇIQLAMA

"Hər kəs də bilir ki, Ermənistan atəşkəs rejiminə əməl etmir. Guya ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar əl-ayağa düşüblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunsun". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, nə qədərki Azərbaycan ərazisi Ermənistan ordusunun işğalı altındadır, onlar bütün beynəlxalq qanunları, konvensiyaları pozaraq müharibə qanunlarına uyğun olmayan hərəkətləri edirlərsə, eləcə də qadağan olunmuş silah-sursatdan yararlanırlarsa Azərbaycan ordusunun bircə çıxış yolu qalır, o da əhalini, ərazini düşməndən qorusun və təmizləsin: "Bizim burada başqa yolumuz qalmır. Təbii ki, biz bunu da edirik. Mütəmadi olaraq ATƏT, beynəlxalq təşkilatlar atəşkəs rejiminə əməl edilməsi barədə çağırışlar, bəyanatlar verirlər. Hesab edirəm ki, hər iki tərəfə bu cür münasibət göstərmək onlar tərəfindən ədalətsizlik, haqsızlıq və tərbiyəsizlikdir. Nə üçün? Çünki Ermənistanın ordusu Azərbaycan torpaqlarını işğal edib. Axı, niyə onlar Ermənistana qarşı sanksiya tətbiq etmir? Niyə onlar Ermənistandan tələb etmir ki, işğalçı, quldur dəstələrini Azərbaycan torpaqlarından çıxarsın. Hesab edirəm ki, bu zaman atəşkəs, siyasi iradə və qarşılıqlı etimad olacaq. Ancaq nə qədərki düşmən tərəfinin ordusu bizim ərazimizdədir təbii ki, biz onları buradan çıxarmaq üçün tədbir görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə