Ulu Öndərin doğum gününə həsr olunmuş futbol turnirinə yekun vurulub FOTOLAR

Ulu Öndərin doğum gününə həsr olunmuş futbol turnirinə yekun vurulub FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Xəzər rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu və Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən futbol turnirinin final mərhələsi baş tutub.

SİA-nın verdiyi məlumata görə, futbol oyununu çoxsaylı azarkeşlərlə yanaşı, fəxri qonaqlar - Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və Xəzər İnkişaf fondunun sədru Elmar Mədətov da iazləyib.

Oyunun final mərhələsində Binə və Mərdəkan qəsəbələrinin futbolçuları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçirilən oyunun qalibi Binə klubu olub. Belə ki, binəlilər Mərdəkan qəsəbəsinin furbolçularını 5 cavabsız topla məğlub edərək, finala yüksəliblər. Mərdəkan klubu ikinci yerin sahibi olub.

Maraqlı oyundan sonra futbolçular, hakimlər və onların məşqçiləri fəxri qonaqlar tərəfindən medallar, müxtəlif hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə