"Əlbəttə, biz bunu Ermənistan tərəfindən törədilən yeni təxribat kimi qiymətləndiririk. Hesab edirəm ki, Ermənistan belə bir addımı atmağa cürət etməz. Bu, beynəlxalq birlik və təşkilatların tövsiyə etdikləri danışıqlar prosesinin sona çatdırılması demək olardı". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, İcra katibi Əli Əhmədov Ermənistan parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıyacağı ilə bağlı məsələ barədə jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavinin sözlərinə görə, bu addımın atılması Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün özünün məqbul bildiyi bütün hərəkətləri etməsini səbəbləndirmiş olar: "Bütün hallarda bunu təxribat hesab edirəm. Güman edirəm ki, istər beynəlxalq, istərsə də regional güclər Ermənistanı bu addımından yan keçməsinə təsir edə bilib. Bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri belə bir qərarın qəbul olunmasının bütövlükdə problemin həll edilməsi kontekstində çətinliklər yaradacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlığın da təsiri olub. Digər tərəfdən ABŞ-ın, beynəlxalq ictimaiyyətin burada əhəmiyyətli rolu olub".
Ə.Əhmədov bildirib ki, bundan sonra da bu cür təxribatların olacağı gözləniləndir: "Bir şeyi qəti şəkildə deyirəm ki, Azərbaycan haqq işindən əl çəkməyəcək. Münaqişənin nizama salınması üçün danışıqlar prosesinə üstünlüyün verilməsi heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, torpaqların azad edilməsi niyyətinin alternativi yoxdur. Azərbaycan ərazi bütövlüyü heç zaman müzakirə predmeti ola bilməz".
YAP-ın Sədr müavini əlavə edib ki, Azərbaycan xalqı, ordusu torpaqların işğaldan azad edilməsi iradəsinin ortaya qoyub: "Bu, həmişə belə olacaq. Əgər Ermənistan tərəfi yenə də təxribata əl atacaqsa, bunun bir cavabı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB