Ulu Öndər Sumqayıt YAP-da anılıb FOTO

YAP Sumqayıt şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etdi
Ulu Öndər Sumqayıt YAP-da anılıb FOTO

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şura iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, İclası YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev giriş sözü ilə açaraq, iştirakçıları Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.

Sonra "Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü haqqında" gündəlik məsələ müzakirəyə çıxarıldı.

Giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, onun siyasi hakimiyyətdə olduğu dövrdə həyata keçirtdiyi quruculuq və xilaskarlıq missiyasından, müstəqillik əldə edildikdən sonra hazırlanmış iqtisadi inkişaf strategiyasından ölkədə aparılmış çox saylı islahatlardan, milli ordu quruculuğundan və Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibinə malik olmasında göstərdiyi xidmətlərini ətraflı qeyd etdi: "Bu gün Ulu Öndər siyasətini layiqincə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu siyasət nəticəsində qazanılmış uğurlardan, davamlı dinamik inkişafdan həyata keçirilən sosial siyasətin ölkə əhalisi tərəfindən dəstəklənməsi, son aprel hadisələrində erməni təxribatlarının qarşısının alınmasında milli ordumuzun göstərdiyi peşəkarlıq və qəhrəmanlıq xalqda böyük ruh yüksəkliyinə səbəb olmuş, xalqla Ali Baş komandannın birlikdə olmasını bir daha təsdiqləmişdir".

Digər çıxış edənlər -YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin sədri Elvin Məmmədzadə, YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Səkinə Sadıxova, Sumqayıt şəhər Səhiyyə şöbəsinin inspektoru, YAP Sumqayıt şəhər təşkilatının Şura üzvləri - Sevindik Hüseynov, Mönsüm Alışov, Nigar Cəfərova, Nizami Əhmədov çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğısı bu gün də hər bir sumqayıtlı tərəfindən xoş təəssüratlarla anılmaqdadır.

Sonra söz Sumqayıt şəhər İcra hakimiyyətinin birinci müavini Faiq Kərimova verilib. Natiq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm iqtisadi inkişafın nəticələrindən söz açıb və qeyd edib ki, şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə aparılan abadlıq quruculuq işləri bu gün də sürətlə davam etməkdədir: "Müasir dəniz kənarı bulvarın yaradılması, Heydər Əliyev parkında inşa edilən Heydər Əliyev Mərkəzi, Musiqi məktəbi və Şahmat məktəbində işlər uğurla sona çatdırılmaq üzrədir. Məhz dövlətimizin və ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıt şəhəri böyüyür, gözəlləşir, abadlaşır. Uğurlarımız bundan sonra da davam edəcək".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə