Qaradağ Sənaye Parkında işləyən əcnəbilər sığortadan azad edildi

Qaradağ Sənaye Parkında işləyən əcnəbilər sığortadan azad edildi

Bu gün Milli Məclisin plenar iclasında "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, dəyişiklik müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının (Qaradağ Sənaye Parkının - red.) rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilərin 2016-cı il mayın 1-dən 5 il müddətində məcburi dövlət sosial sığortasına cəlb edilməməsini nəzərdə tutur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə