Şirvan Apellyasiya Məhkəməsinin sədri Ali Məhkəmənin hakimi təyin edilib

Şirvan Apellyasiya Məhkəməsinin sədri Ali Məhkəmənin hakimi təyin edilib

Milli Məclisin iclası davam etdirilir. SİA-nın xəbərinə görə, iclasda Şirvan Apellyasiya Məhkəməsi sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılıb.

Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu Ali Məhkəmənin hakimi, Ali Məhkəmənin hakimi Ağayev Rəşadət Əhməd oğlu isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə