“Haykakan jamanak”: Rusiya Ermənistana başqa dövlətlərdən silah almağı qadağan edib” DÜŞMƏN MƏTBUATI

“Haykakan jamanak”: Rusiya Ermənistana başqa dövlətlərdən silah almağı qadağan edib” DÜŞMƏN MƏTBUATI

Nəyə görə Ermənistan Çindən, ya da İsrailldən silah almır? Nəyə görə Ermənistan hakimiyyəti ordunu yalnız Rusiya Fedrerasiyasından alınan silahla təchiz edir? SİA xəbər verir ki, erməni qəzeti "Haykakan jamanak" bu barədə yazaraq, parlamentin qapalı iclasında deputatların Ermənistanın müdafiə naziri Seyran Ohanyana sual etdiklərini qeyd edib.

"Bu suallar 200 milyon dollarlıq kredit çərçivəsində rus silahlarının ölkəyə çatdırılmasının gecikməsi müzakirə edilərkən verilib"-deyə yazan erməni nəşri həmçinin qeyd edib ki, onların məlumatlarına görə, Ohanyan deputatlara dolayısı ilə Rusiyanın Ermənistana başqa ölkələrdən silah almasına yönəlik qadağası var.

"Müdafiə naziri əlavə edib ki, Ermənistan hazırkı dövrə qədər Rusiya Federasiyasından silah alıb və eyni cür davam etmək niyyətindədir"-deyə "Haykakan jamanak" yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə