“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında”

“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında”

Bu gün Siyəzən rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında" adlı dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Siyəzən rayon müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri Mərkəzin direktoru, YAP rayon qadınlar şurasının sədri Ramilə Seyidova açaraq bildirib ki, bu günki tədbirimizi Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş cəmiyyətdə geniş vüsət alan, geniş təbliğ edilən və dövlət siyasətinin prioritet istiqamətlərinin biri kimi müəyyən edilən aktual və əhəmiyyəli bir movzuya həsr etmişik: "Azərbaycan əsrlər boyu özünün multikulturalizm ənənələri ilə region və dünya ölkələrinə nümunə olub. Ümumiyyətlə multikulturalizm nədir? Sözün semantikası ingilis dilindən hərfi tərcümədən çoxmədəniyyətlilik (multi-çox, culture-mədəniyyət) anlamına gəlir. Çox mədəniyyətlilik dedikdə isə, ilk növbədə etnik, irqi, dini-mədəni müxtəlifliklər və dəyərlər nəzərdə tutulur. Elmi ədəbiyyəta verilən məlumata görə, Multikulturalizm anlayışının çox da qədim tarixə malik deyil. Dünya Ölkələri bu terminlə 60-ci illərdə tanışdır.Termin olaraq Multikulturalizm Azərbacanın ictimai-siyasi fikir tarixinə yeni daxil olsada, ona qədər biz bu anlayışa mədəni mütəliflik kimi yanaşmışıq. Multikulturalizm Mədəniyyətlər və Dinlər arasında bir ünsiyyətdir. Bu ünsiyyətin arasında 3 amil durur.

1.Tolerantlıq,

2.Qarşılıqlı anlaşma,

3. Qarşılıqlı hörmət.

Azərbaycanda multikulturalizmə 2 cür yanaşma var. 1. Etnik qrupların birgə yaşayışı, (Azərbaycan modeli) 2. Kanada modeli qaynayan qazan (Meltinqpot) bu yanaşmalardan ən doğrusu Azərbaycan modelidir ki, bir başa dövlət tərəfindən qorunur. Biz bu gün multikulturalizmı bir model kimi təqdim edirik, nümunə kimi göstəririk. Azərbaycan multikulturalizmı dərin köklərdən ibarətdir. Əminliklə deyə bilərik ki, Azərbaycan multikulturalizmi banisi Böyük Azərbaycansevər Heydər Əliyevdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynamışdır. Heydər Əliyev hər zaman qeyd edərdi "Tolerantlıq yüksək mədəniyyətin göstəricisidir". Ulu Öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaq görən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdi, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi Prezident İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə bağlı imzaladığı sərəncam bir daha göstərir ki, Azərbaycan bugün dünyanın dini və irqi çaxnaşmalar, müharibələrlə çalxalandığı bir dövrdə bərabər hüquqlarla birgə yaşam diyarına çevrilə bilib".

R. Seyidaova rayonda multikultralizmin təbliği və bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra Siyəzən Rayon İcra Hakimiyyətinin İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov çıxış edərək bildirib ki, Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olub: "Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmışlar. Prezident İlham Əliyev son 12 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmləndirilməsində görülən işlər nəticəsində respublikamızda rəsmi olaraq 598 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 577-si İslam, 21-i qeyri-islam təmayüllü dini icmadır. Eyni zamanda, ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki İmamzadə kompleksi, Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi artıq dindarların istifadəsinə verilmişdir. Bütün bunlar bir daha göstərir ki, möhtərəm Prezidentimiz İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar".

Tədbirdə Siyəzən Rayon Təhsil şöbəsi metod kabinəsininin müdiri Cəfər Bağırov bildirib ki, bu gün biz dünyanı hansısa elm sahəsində təəcübləndirə bilmərik, amma biz özümüzün yaşam tərzi ilə öz cəmiyyətimizdə olan sülh və əminamanlıq mühütü ilə dünya insanlarını sülh və anlaşma tərzi ilə təəcübləndirə bilərik: "Bu gün multikulturalizm mərkəzinin işi mədəni, dini, etnik, birlikləri təşviq etmək öyrənmək, tanımaqdan ibarətdir. Azərbaycan Multikulturalizmi ölkə daxilində 20-dən çox Univerisitetdə tədris olunur.Ölkə xaricində Multikulturalizmin azərbaycan modelli 11 ölkədə tədris olunur. Dünya ölkələri içərisində yeganə dövlətdir ki, Azərbaycanda Slavyan universitetində Multikulturalizm kafedrası fəaliyyət göstərir".

2 saylı tam orta məktəbin tarix müəlliməsi Səadət Əsədullayeva çıxış edərək bildirib ki, tarix boyu ölkəmizdə milli azlıqlar, etnik quruplar ayri-ayrı etiqad inanclara sahib insanlar dostluq qardaşılq şəraitində yaşadıqlarını bildirib: "Bu il 2016-cil il "Multikulturalizm ili" elan olunub, həm də dövlət siyasətinin önəmli istiqamətlərindən birinə cevrilib. Artiq paytaxt Bakı qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkanadır. Buna misal olaraq Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-ci ildə Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsini və dunya ölkələrinin Azərbaycandakı multucultural muhitə musbət münasibət göstərmək olar".

Sonra tədbir mövzu ətarfında ümumi diskusiya şəklində davam etdirilib.

Tədbirin sonunda "Multikulturalizm ili" adlı videofilmin nümayişi etdirilib. Eyni zamanda tədbir iştirakçıları Siyəzən Rayon Heydər Əliyev Mərkəzində yaradılan milli-mənəvi dəyərlərimizi təbliğ etdirən guşə ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə