Məzahir Pənahov: "Müraciət edən namizədlərə bütün şərait yaradılmalıdır”

Məzahir Pənahov: "Müraciət edən namizədlərə bütün şərait yaradılmalıdır”

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə təkrar seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolların hazırlanması qaydaları təsdiq edilib.

Daha sonra təkrar seçkidə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası da təsdiq olunub.

90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə təkrar seçkilərdə iştirak üçün 6 nəfər müraciət edib. Bunu MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, müraciət edən şəxslərdən ikisi siyasi partiyaların, qalanı isə müstəqil namizəd kimi seçkidə iştirak üçün müraciət edib: "Müraciət edən namizədlərə bütün şərait yaradılmalıdır".

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə