YAP tərəfindən partiyanın rayon təşkilatının keçmiş sədri Ədalət Nəbiyevə təşəkkür elan edilib

YAP tərəfindən partiyanın rayon təşkilatının keçmiş sədri Ədalət Nəbiyevə təşəkkür elan edilib

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının 10-cu konfransı keçirilib. SİA-nın Konfransda təşkilatı məsələlərə də baxılıb. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev Maliyyə Nazirliyinin 10 saylı Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunduğu üçün öz xahişi ilə partiyanın rayon təşkilatının sədri vəzifəsindən azad olunub.

YAP Quba rayon təşkilatının 10-cu konfransında Ə.Nəbiyevin rayon təşkilatının sədri kimi fəaliyyəti yüksək qiymətləndirilib, o, rayonun ictimai-siyasi həyatında aktiv fəaliyyətinə görə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov tərəfindən Fəxri fərmanla təltif olunub.

Eyni zamanda, 10-cu konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov YAP rəhbərliyi adından partiyadakı yorulmaz fəaliyyətinə görə Ə.Nəbiyevə təşəkkür elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə