“Prezident İlham Əliyev Sarkisyana cəsurluq və kişilik dərsi verdi” RƏY
"Aprelin 2-5 tarixində Ermənistanın hərbi təxribatlarına cavab verərək, işğalçı ordunu ağır məğlubiyyətə uğratmaqla Azərbaycan dövləti özünün hərbi qüdrətini nümayiş etdirdi. Ermənistanın təxribatçı davranışları səbəbindən baş vermiş qısamüddətli müharibə olduqca ciddi reallıqları üzə çıxardı. Birincisi, bütün dünya Azərbaycanın hərbi gücünü gördü. Ermənistan ordusunun potensialı haqqında uydurulmuş mif darmadağın edildi. İkincisi, Azərbaycanın haqlı mövqelərinin dünya tərəfindən dəstəkləndiyi qətiləşdi. Belə ki, əksər beynəlxalq instansiyalar Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağa çağırdı. Üçüncüsü, Azərbaycan cəmiyyətində milli-vətənpərvərlik hissinin, daxili həmrəyliyin olduqca yüksək olduğu müşahidə olundu". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.
O bildirib ki, aprelin əvvəlində baş verən hadisələr fonunda diqqəti ən çox cəlb edən ciddi məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin taktiki hərbi və siyasi addımları ilə bağlı idi: "Azərbaycan Prezidenti Ermənistanı həm informasiya, həm siyasi, həm də hərbi müstəvidə məğlubliyyətə uğratdı. Azərbaycan tərəfinin atdığı preventiv addımlar Ermənistanı hərbi məğlubiyyətə uğratmaqla yanaşı, həm də onun işğalçı dövlət imicini tam qətiləşdirdi. Ölkəmizin Prezidenti bir daha nümayiş etdirdi ki, Azərbaycan dövlətinin başında məharətli sərkərdə, müdrik diplomat, patriot lider dayanır".
Politoloq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ön cəbhəyə səfəri hazırkı məqamda olduqca əlamətdar və təsirli bir hadisədir: "Bu səfər hər şeydən öncə, Ali Baş Komandanın daim öz əsgərinin yanında olduğunun əyani sübutudur. Ermənistan tərəfindən intensiv olaraq mövqelərinin atəşə tutulduğu bir vaxtda Prezidentin səfəri əsgərlərimizi erməni təxribatlarının qarşısını daha qətiyyətlə almağa ruhlandırır. Prezident bu səfər ilə həm düşmən ölkənin prezidenti S. Sarkisyana cəsurluq və kişilik dərsi vermiş oldu. Bildiyimiz kimi, cəbhədə aprelin əvvəlindəki toqquşmadan sonra Ermənistan prezidenti S. Sarkisyan da Dağlıq Qarabağa səfər etmişdi. Bu səfəri zamanı S. Sarkisyan bütün davranışları və ifadələri ilə məğlub vəziyyətini və Azərbaycan Ordusu qarşısında bu məğlubiyyətin ağır psixoloji şokunun təsiri altında olduğunu aydın biruzə verirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə tam əskinə, qalib Ali Baş Komandan olduğunu, cəbhə bölgəsi əhalisinin hərtərəfli-hərbi, sosial, mənəvi-dayağı olduğunu nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyev cəhbə bölgəsinə səfərilə sübut etdi ki, o, istisnasız olaraq, bütün məqamlarda xalqının, əsgərinin yanındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB