Elmar Məmmədyarov: “Həmkarımla 3 sənəd imzaladıq”

"Malta ilə Azərbaycan arasında əməkdaşlıq gündən-günə artır". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Maltanın xarici işlər naziri Corc Vella ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il Malta Avropa İttifaqında sədrlik edəcək, biz bu istiqamətdə fikir mübadiləsi apardıq: "Beynəlxalq və regionla məsələlər müzakirə olunub, xüsusilə Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyət barədə məlumat verdim. Həmkarımla 3 sənəd imzaladıq. Bunlar Azərbaycan və Malta hökumətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması, gənclər və idman sahələri ilə əməkdaşlıq və XİN-lər arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumudur. Görüşdə iki ölkənin enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsində də əməkdaşlığın genişləndirilməsinə dair də müzakirələrdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...