Ziyafət Əsgərovdan idman jurnalistlərinə NARAZILIQ

Milli Məclisin vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib. SİA-nın xəbərinə görə, vitse-spiker qeyd edib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən, ciddi yanlışlığa yol verirlər: "Məsələn, bəzən ciddi bir mətbuat orqanında "Filan futbolçu 60 milyona satıldı", yaxud da "Filan klub filan futbolçuya neçə milyon dollar ödədi", "Filan futbolçunun qiyməti açıqlandı" və bu kimi başlıqlı yazılar verirlər. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır... Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün, nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə