Milli Məclisin iclası davam edir. İcasda çıxış edən millət vəkili Fərəc Quliyev söyləyib ki, Sarkisyanın son vaxtlar danışıqlardan imtina etməsi artıq müharibənin elan olunması deməkdir: "Ermənistan parlementinin vitse-spikeri bildirdi ki, istintaqın araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi şərti qoyulur. Ermənistan tərəfi bu mövqeyi ilə danışıqlardan imtina etməsi, atəşkəsin sonrakı dövrdən bu günə qədər aparılan danışqların üzərindən xətt çəkməsi, münaqişənin həlli istiqamətində aparılan bütün fəaliyyətlərə, eləcə də beynəlxalq təşkilatlara qarşı hörmətsizlikdir. Bütün beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməlidir".
Onun sözlərinə görə, Ermənistan tərəfi Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların hüuquqlarının qorunması məsələsini ortaya qoyur: "Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların hüquqlarını qorumağa hazırdır. Hesab edirəm ki, Azərbaycan həqiqətləri ilə bağlı məktublar həm parlament, həm də müxtəlif deputatlar tərəfindən beynəlxalq təşkilatlara, dostluq qruplarına göndərilməlidir. Mən partiya sədri olaraq bunu etməyə hazıram".
Millət vəkilinin çıxışından sonra spiker Oqtay Əsədov deputatlara Ermənistan prezidenti Serj Sarkisyanla bağlı çox misal gətirməməyi xahiş edib: "Hazırda Ermənistan hakimiyyəti özünü itirib. Sarkisyan bildirir ki, danışıqlar aparılmır. Lakin xarici işlər naziri deyir ki, biz danışıqlara sadiqiq. Onlar nə dediklərini özləri də bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB