PA rəsmisi: "Biz ədalət istəyirik"

"Azərbaycanda beynəlxalq hüquq ədalətdir". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin 7-ci Qlobal Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda çıxışı zamanı deyib.

PA-nın şöbə müdirinin sözlərinə görə. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 məlum qətnaməsi var, amma bu haqda danışılmır: "Bir çox dövlətlərdə və regionlarda da bu cür hallar mövcuddur. "Vaşinqton post", "Əl-Cəzirə"nin və s. burada da öz maraqları var. Biz ədaləti istəyirik. Amma böyük dövlətlər bunda maraqlı deyillər".

Bütün xəbərlər Facebook səhifəmizdə