Politoloq: “Forum çərçivəsində 40-a qədər tədbir keçiriləcək” AÇIQLAMA
"Bu il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda 3000 qədər iştirakçının, BTM-nin baş katibi Pan Gi Munun və 50-dək ölkənin rəhbərinin iştirakı gözlənilir. İki gün ərzində Forum çərçivəsində 40-a qədər tədbir keçiriləcək". Bunu SİA-ya politoloq Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, son illər ərzində ölkəmizin paytaxtında keçirilən beynəlxalq tədbirlərin Azərbaycanın daha yaxından tanıdılması və siyasi nüfuzunun möhkəmlənməsində əhəmiyyəti kifayət qədər böyükdür: "Dünyada multikulturalizm dəyərlərinin boğulduğu, islamofobiya, ksenefobiya meyllərinin gücləndiyi bir dönəmdə, ölkəmizin multikulturalizm dəyərlərini özündə əks etdirən nümunəvi bir mərkəzə çevrilməsi və 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çox önəmli bir hadisədir.
Dövlət səviyyəsində ümumbəşəri dəyərlərə bu qədər önəm verilməklə, Azərbaycan bu və buna bənzər digər bəşəri dəyərləri əks etdirən məsələlərdə həmişə öndə olduğunu hər kəsə sübut edir. Azərbaycan bu gün regionun təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi cəhətdən ən böyük güc mərkəzidir. Ölkə Prezidentinin apardığı daxili və xarici siyasət isə məmləkətimizin həm iqtisadi və həm də siyasi qüdrətinin getdikcə daha da məhkəmlənməsinə aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB