Deputat: “Nazir iki ölkə arasında olub-bitənləri yaxşı bilən biridir” MÜNASİBƏT
"Prezident İlham Əliyevin "Dostluq" ordeniylə təltif etdiyi İranın rabitə naziri Mahmud Vaezinin Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasını tənqid etməsi təqdirəlayiq haldır". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, cənab Vaezinin Azərbaycan - İran əlaqələrinin heç zaman indiki kimi yüksək səviyyədə olmadığını vurğulaması faktı da diqqətçəkicidir: "Xatırladaq ki, bunu deyən sadəcə nazir deyil, həm də Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri, iki ölkə arasında olub-bitənləri yaxşı bilən biridir. Yəni ki, onun Azərbaycan-İran əlaqələrinin bu günkü səviyyəsi haqda dedikləri faktlara dayanır. Çox istərdik ki, torpaqlarımızın işğal altında olmasından təkcə cənab Vaezinin deyil, həm də bütövlükdə ölkəsinin narazı qalması da öz təsdiqini faktlarda - Ermənistana qarşı atılan addımlarda tapsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB