Novruz Məmmədov: "Ermənistan rəhbərliyi burnunun ucundan o tərəfə heç nəyi görmür" MÜNASİBƏT

"Ermənistan rəhbərliyinin sağlam düşüncədən məhrum olması artıq heç bir şübhə doğurmur". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sosial şəbəkədə yazıb.

"Gör nə dərəcədə həyasız olub ki, Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərini pozmaqda günahlandırır. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırır. Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 25 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa aid etmir. Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin", PA rəsmisi əlavə edib.

N.Məmmədov vurğulayıb ki, hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi əslində burnunun ucundan o tərəfə heç nəyi görə bilmir:

"Bu dərəcədə həyasız olmağa səbəb isə arxalarında bəzi ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginliyin olduğu dövrdə belə addımlarla Ermənistan rəhbərliyi ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...