Əli Kərimliyə yeni dərəcə verilir Siyasi əlil

Ehtiram Mehdiyev: "Əli Kərimliyə siyasi əlil dərəcəsi veriləcək"
Əli Kərimliyə yeni dərəcə verilir Siyasi əlil

"Heç vaxt iş üstündə mübarizə aparmayanlar, dərdləri ancaq ad, təşkilat, qurum və səlahiyyət olanlar qəhrəmanlıqdan, ideoloji xəttən danışa bilməzlər. Belələrinə sual vermək lazımdır ki, ideologiyan varsa niyə birləşib, sözü bir yerə qoyub, eyni amal uğrunda mübarizə apara bilmirsən? Çünki belə bitmiş siyasətçilər lap çoxdan tarixin arxivinə gömülüb". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) alternativ yaradılan AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.

Sədr müavini bildirib ki, bu gün Azərbaycanda baş verən hər hansı bir hadisədə ilk olaraq dövlətçiliyi, milləti unudub öz maraqlarını güdən Əli Kərimlini az qala qəhrəmana çevirirlər: "4 günlük müharibədə üzünü dörd dəfə dəyişən Əli Kərimli əsgər formasında olan fotosu ilə cəmiyyətə saxta vətənpərvərliyini sırımaq istədi. Döyüşlər getdiyi vaxt cəmiyyətin nəzərini qapısına etiraz üçün toplaşanlara yönləndirən bu adamda həmişəki kimi yenə alınmadı. Bir müddət əvvəl Rusiyanın dəstəyi ilə yaradılmış El hərəkatından, Milli Şuradan, Ziyalılar Forumundan kiminsə xəbəri var? Milli Şura yaradılarkən bu birliyin baş tutmayacağı barədə proqnozlar verilirdi. Seçkilər zamanı sözügedən qurumun birmənalı şəkildə Moskvadan idarə olunduğu barədə fikirlər səsləndi, yazılar yazıldı. Dağıstan prezidentinin Milyarderlər İttifaqında verdiyi bəyanatları da, bilavasitə Milli Şuraya dəstəyi də qurumun dövlətçiliyə xəyanətinin sübutu idi. Milli Şurada təmsil olunan rəhbərlərin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlərdə də Moskvanın maraqları açıq şəkildə görünürdü. İnanıram ki, Azərbaycan xalqı xaricdən idxal olunan belə layihələrə heç zaman inanmayıb və inanmayacaq. Artıq 1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkiləri uduzan siyasi əlillər siyasətdən istefa verib getməlidirlər. Uduzduqları halda, bircə Etibar Məmmədov istisna olmaqla, heç bir müxalifət partiyasının lideri istefa vermədi. Uğursuzluqlarda günahkar olduqlarını etiraf edən bəyanatlar yaymadılar. Ancaq onlar çoxdan getməli idilər. Siyasi mübarizəyə qoşulan və iqtidara gəlmək istəyən partiya məğlubiyyətinin səbəbini ciddi analiz etməli və ona uyğun öz nəticəsini göstərməlidir. Lakin kreslo sevgisi onları bu əlil düşüncədən azad edə bilmir. Təklif edirəm Azərbaycanda 4cü qrup siyasi əlillik dərəcəsi yaradılsın və siyasi arenada illərdir uğur qazana bilməyən belə siyasətçilərə, xüsusilə də Əli Kərimliyə siyasi əlillik dərəcəsi verilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə