Politoloq: "Dağlıq Qarabağ münaqişəsi artıq Rusiyanın inhisarında deyil" AÇIQLAMA
"Rusiya mətbuatının yazdığına inansaq, bu ölkə Dağlıq Qarabağ problemini tezliklə həll etmək niyyətindədir. Bununla bağlı olaraq Rusiya Tatarıstanın paytaxtı Kazanda 2011-ci ildə əldə olunmuş razılaşmanı əsas götürərək, sülh yaratmaq niyyətindədir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Kazan sazişini əsasən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adı ilə bağlayırlar: "Bu sazişi Lavrov planı kimi təqdim edirlər. Həmin planda ilk mərhələdə 7 rayonun işğaldan azad olunması nəzərdə tutulur. Yeddi rayona daxil olan Laçının isə mərkəzi yox, ancaq kəndlərinin azad olunması qeyd olunur. Dağlıq Qarabağın statusunun müəyyənləşdiriıməsi isə sonrakı illərə qalır. Yəni qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmasından sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur. Hər halda bu plan ilk nəzərdə ümid doğurandır. Ancaq bir tərəfdən də rus mətbuatının Azərbaycana qarşı yazılarını oxuyanda, Ermənistandan Dağlıq Qarabağa silahların daşınmasını müşahidə edəndə, düşürsən ki, əgər sülh sazişi bağlayırlarsa, bu qədər müharibə hazırlığı nəyə lazımdır?"
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi artıq Rusiyanın inhisarında deyil: "Dağlıq Qarabağ münaqişəsindəki proseslərə Amerika da ciddi yanaşır. Almaniya da ATƏT-in sədri kimi münaqişəni ciddi nəzarətdə saxlayır. Yəni, Dağlıq Qarbağ münaqişəsi son 4 günlük müharibədən sonra dünyanın gündəmində duran ən mühim məsələlərdən biri olub. Ona görə də inanmıram ki, Rusiya və Ermənistan hansısa riyakar addımları ilə sülh yaratma prosesini poza bilsinlər. İndi sülh yaratma prosesinin konkret nəticələrə gəlməsi üçün daha əlverişli şərait yaranıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB