Lebedev: “MDB ölkələri münaqişənin sülh yolu ilə həllinə tərəfdardır”

"MDB ölkələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin tərəfdardır". SİA-nın xəbərinə görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Minskdə Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən deyib.

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanla Ermənistan arasında yaranan gərgin vəziyyət bütün MDB ölkələrini narahat edir"- deyə, S. Lebedev bildirib.

Onun sözlərinə görə, MDB ölkələri Dağlıq Qarabağ bölgəsində yaranan gərginliyin tezliklə aradan qaldırılmasını səmimi qəlbdən arzu edir: "İki qonşu ölkə olan Azərbaycan və Ermənistan məsələnin hərbi əməliyyatlar yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həll edilməsində kompromisə getməlidir. Bu, hər kəsi narahat edən bir məsələdir. MDB İcraiyyə komitəsi düşünür ki, tezliklə bu istəklər nəzərə alınacaq, MDB və ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsində müsbət addımlar atılacaq. Biz Cənubi Qafqaza sülh və firavanlıq arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...