Politoloq: "Sarkisyanın məqsədi təxribat törətməkdir" AÇIQLAMA

"Düşünürəm ki, Ermənistan prezidenti Serj Sarkisyan işğal altında olan Xankəndiyə səfərlə Dağlıq Qarabağdakı ermənilərə dəstək nümayiş etdirmək istəyir. Ancaq Sarkisyan bununla Ertmənistan əhalisini ruhlandıra bilməz". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Ermənistan əhalisi Azərbaycan ordusunun istənilən zaman işğalda olan əraziləri azad etmək gücündə olduğunu yaxşı başa düşür: "Ona görə bu ruhlandırıcı səfərin heç bir əhəmiyyəti olmayacaq. Sarkisyanın işğal altına olan ərazilərə səfərinin digər məqsədi təxribat yaratmaqdır. O istəyir ki, Xankəndində olanda atəşkəs pozulsun və beynalxalq təşkilatlar Azərbaycanı qınasınlar. Sarkisyanın bu planı da baş tutmadı. Sarkisyanın problemləri dərinləşib və xalq ondan nifrət edir. Erməni xalqı Sarkisyanı artıq satqınlıqda, bacarıqsızlıqda ittiham edir".

Bütün xəbərlər Facebook səhifəmizdə