Türkiyə və Rusiya Azərbaycanda hərbi qüvvələrini yerləşdirə bilərmi? MÜNASİBƏT

Türkiyə və Rusiya Azərbaycanda hərbi qüvvələrini yerləşdirə bilərmi? MÜNASİBƏT

"Türkiyə və Azərbaycan arasında dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq mövcuddur. Eyni zamanda birgə təlimlərlə və bir sıra hərbi məsələlərlə bağlı ikitərəfli əlaqələrimiz də var. Bununla belə Türkiyə NATO-nun üzvüdür və Azərbaycan ərazisində onun hər hansı hərbi baza yaratması birbaşa edilə bilməz və bu razılqla edilməlidir". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev Türkiyə və Rusiyanın Azərbaycanda hərbi qüvvələrini yerləşdirməsinin nə dərəcədə reallığı məsələsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, regionda həlli bitməyən hərbi münaqişələr var,o cümlədən Dağlıq Qarabağ münaqişəsi də buna aiddir: "Rusiya- Türkiyə münasibətlərinin belə bir pik həddə çatdığı vaxtda bu inandırıcı görünmür. Çünki buna birmənalı reaksiyalar olmaya bilər. İstər Rusiya, istərsə də digər, hətta NATO üzvləri olan dövlətlər də buna başqa rəng verə bilərlər. Bir sözlə, Türkiyə ilə hazırki əməkdaşlıq baza yaratmaqdan daha yüksək səviyyədədir. Əsas məsələ münasibətlərin məram və məqsədidir".

Rusiyanın Dağlıq Qarabağda qoşunlarını yerləşdirmək istəyi ilə bağlı da danışan Arzu Nağıyev qeyd edib ki, Rusiya bunu daima istəyib: "Eyni zamanda hazırda onun Dağlıq Qarabağ ərazisində hərbi kontingentinin olub-olmaması da sualdır. Lakin Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və hər hansı hərbi kontingentin yerləşdirilməsi beynəlxalq normalara uyğun həyata keçirilməlidir. Rusiya sülhməramlı qüvvələr adı ilə də buna cəhd edir. Lakin burada da mandat tələb olunur. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq Madrid və digər prinsiplər var. Hamısı da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli dəstəkləyir.Yəni, bu gün bu məsələ gündəmdə deyil və olmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə