“Allah rızası üçün, Azərbaycana silah satmayın” Ermənistan yalvarır

"Cəbhədəki gərginlik davam edir. Baş verən son hadisələr gözlənilən idi. Qışda qar yağdığı kimi, müharibə şəraitində də bu cür hadisələr hər an baş verə bilər". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İrəvan Dövlət Universitetinin Avropa Araşdırmalar Mərkəzinin rəhbəri Artur Qazinyan müsahibəsində deyib.

O bildirib ki, vəziyyət çox gərgindir və Ermənistan 1994-ci ildən indiyədək bu cür vəziyyətə düşməmişdi: "Dağlıq Qarabağda baş verənlərdə iki mühüm beynəlxalq prinsipləri unutmamalıyıq. Onlardan biri ərazi bütövlüyü, digəri isə xalqların öz müqəddəratını təyinetmə hüququdur. Dağlıq Qarabağ münaqişəsində əsas məsələ ərazi bütövlüyü məsələsidir. Beynəlxalq ictimaiyyətin fikri tamam dəyişərək Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib. Bu Ermənistan üçün fəlakətli, eləcə də beynəlxalq arenada məğlub olduğumuzun göstəricisidir".

A.Qazinyan Rusiyanın Azərbaycana silah satışından narahatlıqlarını dilə gətirib. O bildirib ki, hazırda Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən 1992-ci ildə Rusiyanın Azərbaycana və Ermənistana silah satışına embarqo tətbiq edilməsini tələb edən qətnaməni yenidən gözdən keçirir. Bütün Qərb və Avropa ölkələri bu embarqo ilə razılaşmışdı. Lakin possovet ölkələri bizneslərini genişləndirərək münaqişə tərəflərinə aktiv şəkildə silah satmağa başladılar. Bu, vəziyyəti daha da gərginləşdirməklə yanaşı, məsələnin sülh yolu ilə həllinə mane oldu".

Mərkəz rəhbərinin sözlərinə görə, vəziyyət daha çox 2010-2011-ci ilə dəyişdi: "Çünki Rusiya bu illərdə Azərbaycana kütləvi şəkildə silah satışına başladı. Bu addımın Ermənistana qarşı olduğunu desək də, onları bizi arxayın etdilər ki, həmin silahlar sizə qarşı yönəlməyəcək. Biz Rusiyadan soruşanda ki, niyə Azərbaycana silah satırsız? Onlar bildirdilər ki, biz satmasaq, gedib başqalarından alacaqlar. Allah rızası üçün Azərbaycana silah satmayın. Qoyun onlar sizdən deyil, digər müttəfiqlərindən silah alsınlar. Biz də anlayaq ki, bizim də müttəfiqimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə