Azər Badamov: “Əli Kərimli özünü reklam edir” AÇIQLAMA

"Aprelin 1-dən 2-nə keçən gecəsi başlanan düşmən təxribatlarına ordumuzun şücaətlə cavab verməsi və torpaqlarımızın bir qismini işğaldan azad edərək vəziyyətə nəzarət etmək imkanı yaradan strateji yüksəkliklərin geri alınması Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş nöqtəsidir. Düşmənə ağır və sarsıdıcı zərbələr endirməklə ordumuz demək olar ki, torpaqların sülh yolu ilə azad olunmasına zəmin yaradıb. Belə bir əlvərişli şəraitdə müharibənin başlanmasının və davam etdirilməsinin vacibliyini qeyd etməklə Əli Kərimli özünün 90- cı illərdəki qəhrəmanlığından yazmaqla özünü reklam edir". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, indiki zamanda özünün reklama ehtiyac yoxdur və kim necə döyüşübsə və 90-cı illərin əvvəlində ölkə sizin döyüşünüzlə necə qələbə qazanıbsa hamı bilir: "Həm də perşəkar ordunun yaradılmasının vacibliyindən yazan Əli Kərimli bilmir ki, neçə illər ərzində Azərbaycanda peşəkar, müasir silahlarla silahlanıb, güclü ordu yaradılıb və 4 günlük hərbi əməliyyatları zamanı hərbi gücümüzün bir qismini müharibəyə cəlb etməklə uğur qazanıb".

Deputat əlavə edib ki, təəssüf ki, Əli Kərimli özünü qəhrəman kimi təqdim etməklə müharibə təkliflərini verməklə siyasi arzularına çatmaq niyyətindədir: "Amma yaddan çıxarmamalıdır ki, Azərbaycan xalqının etibar və etimad göstərdiyi ölkə başçı hər şeyi yaxşı görür və çox ağıllı, iradəli və uzaq görən qərarlar qəbul edir. Məhz bunun göstəricisidir ki, dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir. Nə zaman müharibəyə başlanmaq lazımdırsa Ali Baş Komandanımız daha yaxşı bilir və xalq da Prezdentin qərarlarından çox razıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...