Prezident həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə başsağlığı verib. SİA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə