Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, hərbi prokuror Xanlar Vəliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev şəhid pilotlar Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində iştirak edirlər. SİA-nın xəbərinə görə, hazırda pilotlar dəfn edilmək üçün II Fəxri Xiyabana gətiriblər. Müdafiə naziri Zakir Həsənov şəhid pilotların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, şəhid pilotlarla vida mərasimi Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təşkil olunub.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB