"Rusiya Dağlıq Qarabağ məsələsində səylərini əsirgəməyəcək"

"Rusiya Dağlıq Qarabağda sülhün qorunması və tərəflər arasında təmas imkanlarının saxlanılması üçün əlindən gələn hər şeyi edəcək". SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumatına görə, bunu İrəvanda səfərdə olan baş nazir Dmitri Medvedev deyib.

Medvedev Ermənistanın baş naziri Ovik Abramyan ilə görüşü zamanı baş verənlərin 1994-cü ildən bəri bənzəri olmadığını qeyd edib: "Məhz bu, bizi, sülhün, o cümlədən, Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmaların qorunub saxlanılmasına maksimum əsaslanaraq, gərginliyin aradan qaldırılması yollarını axtarmağa vadar edir".

Medvedev qeyd edib ki, bu çox mürəkkəb mövzudur və indi ən əsası sülhü, təmas imkanlarını qoruyub saxlamaqdır: "Bu məsələ ilə bağlı Rusiya səylərini əsirgəməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...