Təhmasib Novruzov: “Müsavat partiyası arxivə göndərilmiş siyasi qurumdur” MÜNASİBƏT

"Nə vaxtsa yeni, sağlam düşüncəli gənclər Müsavatı real siyasi fəaliyyətə, milli dövlətçiliyin inkişafı istiqamətinə yönəldər, o zaman bu quruma cəmiyyətin münasibəti dəyişə bilər. Amma indiki halda bu mümkün deyil". Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov Tofiq Yaqublunun Milli Şurada qalmaq istəməsinin onun Müsavatdakı mövqeyinə təsir edib-etməyəcəyi məsələsinə münasibət bildirərkən deyib.

Tofiq bəyin Milli Şurada qalıb-qalmamaq məsələsinə toxunan Təhmasib Novruzov bildirib ki, Müsavatda sağlam siyasi fiqurların qalmamasını nəzərə alsaq, Tofiq Yaqublunun burdan getməsinin nə onun özünə, nə də ölkənin siyasi durumuna hər hansı təsiri olmayacaq: "Arif Hacılının onu partiyada saxlayıb-saxlamamasının Tofiq bəy üçün elə bir əhəmiyyəti yoxdur. Əslində, Milli Şuranın özündə də Tofiq bəyin nəsə bir qazancı olacağına inanmıram. Çünki, o qurum da xalq tərəfindən dəstəklənən bir təşkilata çevrilə bilmədi. Hesab edirəm ki, gərəksiz simaların harda olub-olmamasını müzakirə etmək lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə