Sergey Lavrov: “Sülh danışıqlarının davamlı aparılması təmin ediləcək” MÜNASİBƏT

"Azərbaycan-İran-Rusiya arasında yeni formatda keçirilən görüşə görə təşəkkür edirik. Bu prezidentlər arasında razılaşma ilə əlaqədar təşkil edilib. Görüş kifayət qədər faydalı olub. Görüş çərçivəsində iqtisadiyyat, energetika, təhlükəsizlik məsələləri müzakirə edilib". SİA-nın məlumatına görə, bunu bugün Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir deyib ki, bizlər terrorizmə, qaçaqmalçılığa qarşı mübarizə aparmalıyıq: "Üçtərəfli formada bu əməkdaşlığın qurulması çox faydalı olacaq. Biz əməkdaşlığımızın maliyyə tərəfini müzakirə etdik. Humanitar, idman, gənclər ilə bağlı ikitərəfli formatda əlaqələrimiz mövcuddur, amma üçtərəfli formatda bu əlaqələrin qurulması ölkələrin maraqlarına uyğundur. Biz, həmçinin Xəzər dənizinin statusu ilə bağlı da müzakirələr apardıq".

Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də toxunub: "Son zamanlar Dağlıq Qarabağ ilə bağlı baş vermiş hadisələri müzakirə etdik. Sülh danışıqlarının davamlı aparılması təmin ediləcək. Təmas xəttində qarşı tərəflərin bir-birinə etimadlı olması mühümdür. Bir daha vurğulamaq istəyirəm ki, təmas xəttində qarşılıqlı etimadın təmin edilməsi heç də o demək deyil ki, biz münaqişənin siyası yolla həllinə çalışmayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə