İlham Əliyev və Sergey Lavrov arasında görüş keçirilib

İlham Əliyev və Sergey Lavrov arasında görüş keçirilib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Lavrov və Azərbaycan Prezidenti arasında görüş keçirilib.

Prezident son günlər qoşunların təmas xəttində vəziyyətin kəskinləşdiyini deyib və insan itkilərinin olduğunu bildirib. İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda təmas xəttindəki vəziyyət narahatlıq doğurur: "Rusiyanın təşəbbüsü ilə atəşkəslə bağlı razılıq əldə olundu. Lakin ermənilər buna əməl etmədilər və atəşkəs yenidən pozuldu. Biz danışıqları davam etdirmək istəyirik. Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdim. Onlara da dedim ki, Azərbaycan sülh prosesinə sadiqdir".

Sergey Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda atəşkəs rejiminin qorunması üçün əlindən gələni edəcək: "Vəziyyəti sakitləşdirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə