Azərbaycan ordusunun erməni təxribatı və hücumlarının qarşısını almaq, işğal olunmuş torpaqlarımızı azad etmək üçün apardığı mübarizə hər bir ermənidə vahimə yaradıb. SİA-nın məlumatına görə, erməni saytlarının hələlik elan olunan atəşkəsdən sonra işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki vəziyyət haqqında yazılarında hər kəsin Azərbaycana aid torpaqlarda olduğunu başa düşdüyü, buraya məcburi şəkildə gətirildiyi açıq şəkildə görünür.
Erməni mediası işğal altında olan Xankəndində hələlik elan olunmuş atəşkəsdən sonra küskün həyatın davam etdiyini vurğulayır. İnsanların danışığından isə Dağlıq Qarabağı tərk etmək istəyənlərin erməni hərbçiləri tərəfindən tutularaq yenidən cəbhə bölgəsinə gətirildiyi görünür. Jurnalistlə danışan insanlar atəşkəsə baxmayaraq, əgər danışıqlar baş tutmasa, Azərbaycan hərbçilərinin doğma torpaqlarının işğaldan azad olunması üçün yenidən mübarizəyə başlayacağından ehtiyat etdiklərini bildirirlər.
Məcburi şəkildə əraziyə gətirilən tək-tük erməni qeyd edir ki, qısa zamanda gedən müharibənin nəticəsi olaraq Ermənistan hospital və xəstəxanalarında yaralılara yer qalmayıb, çoxlu sayda erməni hərbçiləri həlak olub. Bu isə o deməkdir ki, erməni xalqı ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında acizliyini dərk edir və hərbçilərinə heç bir ümid bəsləmir. Onlar da açıq-aşkar ifadə edirlər ki, özlərinə aid olmayan Azərbaycan torpaqlarında məcburi şəkildə yaşamaq istəmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB