Rusiya atəşkəsə riayət etməyə çağırır

Rusiya atəşkəsə riayət etməyə çağırır

Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəsə ciddi şəkildə riayət etməyə çağırır. SİA TASS-a istinadən xəbər verir ki, bunu o, ATƏT-in Daimi Şurasının regiondakı vəziyyətə həsr olunmuş xüsusi iclasında bildirib: "Tərəfləri atəşi dərhal və tam dayandırmağa və gələcəkdə təmkinlilik nümayiş etdirməyə çağırıram".

Lukaşeviç, həmçinin əlavə edib ki, yaranmış atəşkəs rejiminə ciddi şəkildə əməl olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə