Keçmiş icra başçısı:"Sarkisyanın mənfur əməlləri 88-ci illərdən sonra üzə çıxmağa başladı" AÇIQLAMA
"Serj Sarkisyanın cavan ikən simasında olan ifadələr hələ də qalıb". Bu sözləri SİA-ya açıqlama verən Ermənistan Prezidenti Serj Sarkisyanın komsomol məktəbində tələbə yoldaşı olmuş, Zəngilan Rayon keçmiş icra başçısı, polis polkovnik-leytenantı Telman Kazımov deyib.
Onun sözlərinə görə, Sarkisyanla 80-ci illərdə eyni kursda təhsil alıb: "1980-ci ildə Zəngilan Rayon Komsomol Komitəsində işləyəndə Bakıda komsomol işçiləri üçün kurslar olurdu. Həmin kurslarda yerli vətəndaşlardan əlavə, həmçinin, ermənilər də təhsil alırdı. Serj Sarkisyanla da təhsil müddətində tanış olmuşduq. O, Azərbaycan-dilində danışmağı bacarırdı. Hər zaman insanlara özünü sevdirməyə nail olurdu. Bizim ikimiz də futbol azarkeşi olduğundan, əlimdə nə zaman qəzet görərdi, alıb oxumaq istəyərdi. İnsanla elə ünsiyyət qururdu ki, nəticədə güvən verə bilirdi. Amma zamanla tanıdıqdan sonra saxtakarlığı özünü büruzə verirdi. Nəticədə, onun mənfur əməlləri 88-ci illərdən sonra üzə çıxmağa başladı".
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB