Nəriman Əliyev: “Cəbhə xəttində baş verənlər ermənilərə dərs olmalıdır” AÇIQLAMA

Nəriman Əliyev: “Cəbhə xəttində baş verənlər ermənilərə dərs olmalıdır” AÇIQLAMA

"Ermənistan hazırda diz çöküb. Azərbaycan ordusu Ermənistana yerini göstərdi və sübut etdi ki, ordumuz istənilən vaxt öz torpaqlarını azad etmək gücünə malikdir. Təsəvvür edin ki, Ermənistanın 100-dən artıq əsgəri öldürüldü, yüzlərlə əsgəri yaralandı, bir neçə kəndlərimizi, yüksəklikləri düşmən tapdağından azad etdik. Bütün bunlar bir neçə saatda baş verdi. Bu o deməkdir ki, Azərbaycan ordusu torpaqlarımızı çox qısa bir müddətdə düşmən tapdağından azad etməyə qadirdir. Cənab Prezidentin təbirincə desək, erməni əsgəri ölmək istəmirsə, torpaqlarımızdan rədd olsun. Yoxsa onları daha şiddətli zərbələr gözləyir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Nəriman Əliyev bildirib.

Cəbhə xəttində baş verən hadisələrə münasibət bildirən millət vəkili Nəriman Əliyev qeyd edib ki, artıq dünya birliyi, beynəlxalq təşkilatlar Ermənistanın qarşısında qətiyyətlə tələb qoymalıdırlar: "Bütün dünya şahid oldu ki, erməni təxribatçı qrupları cəbhə xəttində yerləşən kəndlərimizə iri çaplı silahlardan, ağır artilleriyadan atəş açdılar. Nəticədə dinc sakinlər həyatlarını itirdilər. Azərbaycan bütün bu təxribatların qarşısını almaq üçün düşmənə layiqli cavab verdi. Həyasızlığın dərəcəsinə baxın ki, Ermənistan siyasi rəhbərliyi BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını tələbə edirlər. Çünki çarəsiz vəziyyətə düşüblər. Lakin düşünmürlər ki, 25 ildir ki, BMT Təhlükəsizlik Şurasını 4 qətnaməsini heçə sayırlar, bütün danışıq proseslərinə xələl gətirirlər. Ermənilər üçün hüquq anlayışı yoxdur, onlar beynəlxalq hüquq və normalara illərdir ki, hörmətsizlik edərək öz işğalçılıq siyasətlərini davam etdirirlər".

N.Əliyev dövlət başçısı Cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi mesajlardan da toxunub: "Ermənistan rəhbərliyi vəziyyəti düzgün qiymətləndirməli, torpaqlarımızdan dərhal çıxmalıdırlar. Yoxsa bu onlara baha başa gələcək, Azərbaycan ordusu gec-tez öz haqqından istifadə edərək torpaqlarımızı azad edəcəklər. O zaman torpaqlarımızda bir nəfər də olsun erməni sağ qalmayacaq. Son günlər cəbhə xəttində baş verənlər ermənilərə dərs olmalıdır. Artıq zamanıdır, beynəlxalq təşkilatlar azğın erməni rəhbərlərini konstruktivliyə məcbur etməlidirlər, torpaqlarımız yağılardan təmizlənməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə